- 15:36
Meksika Senatı prezident Klaudiya Şeynbaumun müraciəti əsasında 139 ABŞ hərbçisinin təlim məqsədilə ölkəyə girişinə icazə verib.
E-huquq.az xəbər verir ki, “El País” qəzetinin məlumatına görə, Şeynbaumun tələbi əsasında Senata təqdim olunan müraciət 75 səslə təsdiqlənib.
Qərara əsasən, 139 ABŞ hərbçisinin sentyabrın 20-dən 30-dək Meksikanın Çihuahua ştatında yerləşən Santa Gertrudis Hərbi Bazasında təlimlərdə iştirakı planlaşdırılır.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Meksikaya gedəcək hərbçilərə şəxsi silahlarını da özləri ilə aparmağa icazə verilib.
Şəbnəm Mehdizadə