Avtomobillər toqquşdu, 9 nəfər yaralandı


  • 10:46

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Maltəpə rayonunda sahil yolunda iki avtomobilin toqquşması nəticəsində doqquz nəfər xəsarət alıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hər iki avtomobildə sıxılıb qalan doqquz nəfər briqadalar tərəfindən çıxarılaraq xəstəxanaya aparılıb.

Məlumata görə, qəza nəticəsində xəsarət alan doqquz nəfərdən ikisinin vəziyyəti ağırdır.

Bir müddət sonra yolda nəqliyyatın hərəkti bərpa edilib.

Hadisənin səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər