Kanada Birləşmiş Ekspedisiya Qüvvələrinə qoşulmaq üçün müraciət edib


  • 11:04

Kanada hökuməti Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinə (Joint Expeditionary Force, JEF) qoşulmaq üçün rəsmi müraciət edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karninin ofisi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyada səfərdə olan Karni iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək məqsədilə Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb. Karni Böyük Britaniyanın bu təşəbbüsə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

İki lider iyul ayından etibarən Kanadanın müşahidəçi qismində iştirak etdiyi yeni nəsil döyüş təyyarəsi layihəsi olan Qlobal Döyüş Hava Proqramını (GCAP) müzakirə edib, həmçinin süni intellektin yaratdığı imkanlar və risklər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveç Böyük Britaniyanın rəhbərliyi altında yaradılmış çoxmillətli hərbi qüvvə olan Birləşmiş Ekspedisiya Qüvvələrində (Joint Expeditionary Force) iştirak edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər