- 15:35
BMT komissiyası ABŞ-nin müharibə cinayətləri törətdiyini düşünmək üçün əsaslı səbəblər aşkarlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İran üzrə Müstəqil Beynəlxalq Faktaraşdırıcı Missiyası BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində yeni hesabatını dərc edib.
Hesabatda qeyd olunur ki, İran mülki əhalisi hökumət tərəfindən törədilən ciddi insan hüquqları pozuntuları və bəşəriyyətə qarşı cinayətlər ilə ABŞ və İsrailin İrana qarşı hücumları arasında sıxışıb qalıb. İran hökumətinin 2025-2026-cı illərdəki etiraz aksiyalarını zorakılıqla yatırmasının əvvəlki müdaxilələrlə müqayisədə görünməmiş bir gərginləşməyə səbəb olduğunu vurğulayan hesabatda bildirilir ki, həmin dövrdə ölümcül güc tətbiqi və kütləvi həbslər geniş yayılıb, nəticədə çoxsaylı ölüm və xəsarət halları qeydə alınıb.
Hesabatda həmçinin İran hökuməti internetə çıxışı məhdudlaşdırdığına və etirazçılara qarşı ölüm hökmünün tətbiqini artırdığına görə tənqid edilir. Hesabatda həmçinin qeyd olunub ki, mart və avqust ayları arasında 29 nəfər edam edilib.
"ABŞ və İsrailin 28 fevral tarixli hücumlarından sonra ABŞ iki ayrı hava zərbəsi zamanı müharibə cinayətləri törədib. Bu zərbələr nəticəsində - qadınlar və uşaqlar da daxil olmaqla azı 178 mülki şəxs həlak olub. Bundan əlavə, ABŞ mülki şəxslərin ölümü, xəsarət alması və ya mülki obyektlərə ziyan dəyməsi ilə nəticələnən ayrı-seçkilik qoymayan (hədəf seçimində fərq qoymayan) hücumlar həyata keçirib. Biz belə hesab etmək üçün əsaslı səbəblər müəyyən etmişik ki, "
BMT missiyası İran və ABŞ-yə bütün pozuntulara və cinayətlərə dərhal son qoymaq, zərərçəkənlərə tam təzminat ödəmək və bu cür pozuntuların təkrarlanmayacağına təminat vermək barədə çağırışlar edilib.
Şəbnəm Mehdizadə