Alimlərdən alzheimer xəstəliyinin müalicəsi ilə bağlı ümidverici kəşf


  • 15:35

Alimlər qütb şəraitinin ekstremal soyuğuna davamlı bəzi göbələk növlərinin beyin hüceyrələrini qorumaq potensialına malik birləşmələr istehsal etdiyini müəyyən ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbər verir ki, Malaya Universitetinin tədqiqatçıları qütb bölgələrində həddindən artıq soyuğa, yüksək səviyyədə ultrabənövşəyi şüalanmaya və qida çatışmazlığına uyğunlaşmış Pseudogymnoascus cinsinə aid göbələkləri araşdırıblar.

Tədqiqat zamanı bu göbələklərin sərt mühitdə sağ qalmaq üçün istehsal etdiyi ikincili metabolitlərin genetik xüsusiyyətləri müəyyənləşdirilib. Genom analizləri göstərib ki, həmin orqanizmlər digər mühitlərdə nadir rast gəlinən unikal bioloji birləşmələr istehsal etmək potensialına malikdir.

Pseudogymnoascus australis növündən əldə edilən 120 müxtəlif birləşmənin kompüter simulyasiyaları əsasında mərkəzi sinir sisteminə çatmaq və qan-beyin səddini keçmək potensialı olan doqquz maddə müəyyən edilib. Onlardan 2-aminoheksadekan turşusunun (AHA) Altsheymer və Parkinson xəstəlikləri ilə əlaqəli hüceyrə zədələnməsində rol oynayan qlutamat reseptorları ilə qarşılıqlı təsir göstərə bildiyi müəyyənləşdirilib. Alimlər daha əvvəl Antarktidadan əldə edilən başqa bir göbələk növünün istehsal etdiyi makrosfelid B (macrosphelide B) maddəsinin də laboratoriya şəraitində sinir hüceyrələrini qoruma potensialı nümayiş etdirdiyini müəyyənləşdiriblər.

Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr Altsheymer xəstəliyinin müalicəsinin tapılması anlamına gəlmir. Tədqiqat hələ ilkin mərhələdədir və mövcud nəticələr əsasən kompüter modelləşdirməsi və hüceyrə səviyyəsində aparılan sınaqlara əsaslanır. Bu birləşmələrin gələcəkdə Alzheimer xəstəliyinin müalicəsi üçün dərmana çevrilib-çevrilə bilməyəcəyi laboratoriya, heyvan və insan üzərində aparılacaq klinik tədqiqatların nəticələrindən sonra müəyyənləşəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər