- 17:05
Belçikanın ikinci ən böyük hava limanı Şarleruada hava hərəkəti dispetçerlərinin tətili səbəbindən 42 reys ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanından verilən açıqlamaya görə, tətilin təsiri ilə səhər saatlarında 9 gediş və 9 gəliş, axşam saatlarında isə 12 gediş və 12 gəliş reysi həyata keçirilməyib.
Ləğv edilən bütün reyslər hava limanında ən çox uçuş həyata keçirən İrlandiya mərkəzli “Ryanair” aviaşirkətinə məxsus olub. Bildirilib ki, aviaşirkətlər tətilin zərərini minimuma endirməyə çalışırlar.
Belçikada hava hərəkətinin idarə olunmasına cavabdeh "Skeyes" agentliyinin əməkdaşı olan dispetçerlər dünən saat 22:00-da işi dayandırıblar.
Tətilin oktyabrın 10-u da daxil olmaqla, hər gecə saat 22:00-dan səhər 08:00-dək davam edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə