Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlandı


  • 19:01

Almaniyanın Sankt-Peterburqda 50 ildən çox müddətdir fəaliyyət göstərən Baş Konsulluğu bağlanıb.

E-huquq.az xəbər verir ki, Almaniya gerbi, Almaniya və Avropa İttifaqının bayraqları Baş Konsulluğun binasından götürülüb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Bonndakı Rusiya Baş Konsulluğu və Berlindəki Rusiya Mədəniyyət Mərkəzini bağlamasına qarşı cavab tədbiri olaraq Almaniyanın Peterburqdakı Baş Konsulluğunun bağlanması haqqında qərar verib. Qərara əsasən, konsullar Rusiyanı sabaha qədər tərk etməlidirlər.

Oxşar xəbərlər