İsveçdə hərbi poliqonda partlayış oldu, 7 nəfər xəsarət aldı


  • 17 Sentyabr 23:32

İsveçdə hərbi poliqonda baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.

Məlumata görə, partlayış yerli vaxtla saat 16:00-dan sonra Karlsborq şəhəri yaxınlığındakı hərbi poliqonda baş verib.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 5-i reanimasiya şöbəsinə yerləşdirilib.

İsveç Silahlı Qüvvələrinin nümayəndəsi yaralananlar arasında hərbçilərin də olduğunu bildirib.

Polis partlayışın səbəblərini araşdırır.

Oxşar xəbərlər