Türkiyədə bu məşhurlar saxlanıldı


  • 09:54

Türkiyənin İstanbul şəhərində narkotik və stimullaşdırıcı maddələrlə bağlı aparılan istintaq çərçivəsində 18 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Jandarma Komandanlığının əməkdaşları Bakırköy Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bir sıra ünvanlarda əməliyyat keçirib.

Bakırköy Baş Prokurorluğunun açıqlamasına görə, istintaq zamanı aktyor, müğənni, iş adamı, məkan sahibi və sosial media fenomeni kimi tanınan bəzi şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etməsi, bu maddələrin istifadəsinə şərait yaratması və ya istifadə üçün məkan təmin etməsi ilə bağlı şübhələri təsdiqləyən dəlillər əldə edilib.

Bundan əlavə, şübhəlilərdən bioloji nümunələrin götürülməsi və narkotik vasitələrdən istifadə hallarının müəyyənləşdirilməsi məqsədilə analizlərin aparılması tələb olunub.

Jandarma orqanlarında rəsmi prosedurlar və ifadə alma prosesi başa çatdıqdan sonra şübhəlilərin Bakırköy Baş Prokurorluğuna gətirilməsi barədə göstəriş verilib.

Baş Prokurorluq istintaqın davam etdiyini açıqlayıb.

Saxlanılan şəxslər arasında məşhur aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, Yeliz Yeşilçimen, həmçinin repçi Sefo (Seyfullah Sağır) yer alıb.

Bundan başqa siyahıda futbolçu Hasan Şaş, eləcə də Hande Demir, Anıl Durmuş, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzəlcik, Sezer Çakır və Sayat Zurnacı da var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər