Polis adı ilə 3,5 milyonluq dələduzluq edən şəxs həbs edildi


  • 11:02

Türkiyənin Kocaeli vilayətinin Kartepe rayonunda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşı təxminən 3,5 milyon türk lirəsi məbləğində aldadan şübhəli şəxs saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şübhəli İstanbulda zərgərlik mağazasından qızıl almağa cəhd edərkən polis tərəfindən cinayət başında yaxalanıb.

Məlumata görə, R.T. adlı şübhəli özünü polis əməkdaşı kimi təqdim edərək H.B.-yə onun bank hesabında şübhəli dollar və avro əməliyyatlarının aparıldığını bildirib. Təşvişə düşən zərərçəkən şübhəlinin göstərişi ilə bank filialına gedərək 3 500 837 türk lirəsini qeyd olunan hesaba köçürüb.

Əməliyyatdan sonra bank əməkdaşlarının xəbərdarlığı ilə aldadıldığını anlayan H.B. polisə müraciət edib.

Bundan sonra Kartepe Rayon Polis İdarəsinin əməkdaşları vəsaitin köçürüldüyü hesab üzrə araşdırma aparıblar. Araşdırma zamanı pulun İstanbulun Bahçelievler rayonunda yerləşən zərgərlik mağazasına köçürüldüyü müəyyənləşdirilib.

Kocaeli və İstanbul polisinin birgə keçirdiyi əməliyyat nəticəsində R.T. həmin zərgərlik mağazasında qızıl almağa cəhd edərkən saxlanılıb.

Şübhəlinin almağa çalışdığı qızıl zərgərə təhvil verilib. H.B.-yə məxsus 3 500 837 türk lirəsi isə tam şəkildə sahibinə qaytarılıb.

Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra şübhəli məhkəməyə göndərilib.

Saxlanılan şxəs məhkəmənin qərarı ilə həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər