- 13:11
"TikTok"un ana şirkəti "ByteDance"in təsisçisi Çanq Yiminq (Zhang Yiming) 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı şəxsi adını qazanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinli sahibkar xalis sərvəti 104,8 milyard dollar olan hindistanlı rəqibi Qautam Adanini geridə qoyub. "ByteDance"in 21%-nə sahib olan Yiminqin sərvəti süni intellektə yatırılan investisiyalar və şirkətin bazar dəyərinin artması sayəsində təkcə bu ay 12 milyard dollar yüksəlib. 2019-cu ildə 13 milyard dollar sərvəti olan iş adamı son 7 ildə kapitalını təxminən 8 dəfə artırmağa müvəffəq olub.
Şirkət ABŞ-dəkı tənzimləmə maneələrinə və məhdudiyyətlərə baxmayaraq, "TikTok" və "Douyin" platformalarının göstəriciləri əsasında öz süni intellekt modellərini inkişaf etdirməyə davam edir.
Mütəxəssislərin fikrincə, süni intellekt sahəsindəki irəliləyişlər qlobal milyarderlər siyahısını sürətlə yeniləyir. Qeyd edək ki, "Dell Technologies"in təsisçisi Maykl Dell sərvətini 262 milyard dollara çatdıraraq dünyanın 5-ci ən varlı insanı olub, "Google"un həmtəsisçisi Larri Peyc isə "Gemini 3" modelinin elanından sonra 252 milyard dollarlıq sərvətlə Ceff Bezosu geridə qoyub.
Şəbnəm Mehdizadə