Amerikalıların əksəriyyəti süni intellektin cəmiyyətə mənfi təsir etdiyini düşünür


  • 13:11

ABŞ-də keçirilən rəy sorğusuna əsasən, əhalinin 64 faizi süni intellektin cəmiyyət üçün mənfi təsir göstərdiyini düşünür.

E-huquq.az The Hill nəşrinə istinadən xəbər verir ki, Marquette Universitetinin sentyabr ayında 1023 nəfər arasında apardığı araşdırma gözlənilməz təzadı üzə çıxarıb. Belə ki, respondentlərin 64%-i süni intellektə mənfi yanaşdığını deyib. Lakin sorğu iştirakçılarının 36 faizi süni intellekti müsbət qiymətləndirib.

Diqqətçəkən məqamlardan biri də budur ki, iştirakçıların 69 faizi gündəlik həyatında bu texnologiyadan fəal istifadə edir.

Ölkədə süni intellektin sürətli inkişafının yavaşladılması ilə bağlı çağırışlar artır. Sem Altman (OpenAI), Dario Amodei (Anthropic) və İlon Mask kimi sahənin aparıcı rəhbərləri prosesin nəzarətdən çıxmaması üçün prosesin ləngidilməsini dəstəkləyirlər.

Lakin ABŞ Prezidenti Donald Tramp administrasiyası məhdudiyyətlərin əleyhinədir. Tramp süni intellektin təhlükələri haqqında xəbərdarlıqlar əhəmiyyət verməyərək, inkişafın yavaşladılmasının yalnız Çinə üstünlük qazandıracağını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər