- 14:56
Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhəri yaxınlığında köpəkbalığının hücumuna məruz qalan şəxs həyatını itirib.
E-huquq.az ABC-yə istinadən xəbər verir ki, Pert sahilləri yaxınlığında bir nəfərə köpəkbalığının hücum etdiyi açıqlanıb.
Hücum nəticəsində bir nəfərin öldüyünü bildirən rəsmilər hadisə ilə əlaqədar Marmion və Iluka əraziləri arasındakı təxminən 12 kilometrlik sahil zolağının sabah günortaya qədər bağlandığını qeyd ediblər.
Qeyd edək ki, Qərbi Avstraliyada bu həftə ərzində iki köpəkbalığı hücumu baş verib.
Şəbnəm Mehdizadə