- 15:41
Türkiyənin 7 vilayətində güclü yağışla bağlı sarı xəbərdarlıq verilib.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb
Məlumata görə, ölkə ərazisində havanın dəyişkən və ya əsasən buludlu olacağı, bir çox bölgələrdə isə ildırımlı leysan yağışlarının yağacağı gözlənilir.
Proqnoza əsasən, əmçinin Çanaqqala, Balıkesir, Kütahya, Afyon, Isparta, Kilis, Diyarbakır, Şanlıurfa və Mardin ətrafında lokal yağışlar gözlənilir. Şərqi Aralıq dənizi və Şərqi Qara dəniz sahillərində, eləcə də Osmaniyedə, Kastamonunun daxili hissələrində, Çankırı və Aksaray ətrafında yağıntıların daha intensiv olacağı bildirilir.
Şəbnəm Mehdizadə