- 15:46
Türkiyənin Sivas vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, tələbələri daşıyan avtobusun polis patrul avtomobili ilə toqquşması nəticəsində 13 tələbə və 3 polis əməkdaşı yaralanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə tibb və polis qrupları göndərilib.
Qəza nəticəsində xəsarət alan 13 tələbə və 3 polis əməkdaşı təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Sivas valisi Yılmaz Şimşek xəsarət alanlara baş çəkib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə