- 15:46
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” sükan sistemində aşkar edilən texniki problem səbəbindən ABŞ bazarından 208 mindən çox nəqliyyat vasitəsini geri çağırır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, bu qərar 2018-2021-ci illər arasında istehsal olunmuş ümumilikdə 208 724 avtomobilə şamil edilir. Problem 2018-ci il model "Tiguan", 2018-2019-cu illər istehsalı "Atlas" və 2019-2021-ci illər istehsalı "Audi Q3" modellerinin müəyyən partiyalarında təsbit olunub.
Qurumun xəbərdarlığında bildirilir ki, sükan mexanizminin bərkidici boltundakı nasazlıq hərəkət zamanı avtomobilə nəzarətin itirilməsinə və qəza riskinin artmasına yol aça bilər.
Təhlükəsizlik riskini aradan qaldırmaq üçün "Volkswagen" təsirə məruz qalan bütün avtomobillərin sükan mexanizmindəki sağ bərkidici boltu rəsmi dilerlər vasitəsilə tamamilə ödənişsiz dəyişdirəcək.
Şəbnəm Mehdizadə