Şimali Koreyanın nüvə sınaqları güclü zəlzələlərə səbəb olur


  • 15:41

Cənubi Koreyalı və çinli tədqiqatçılar Şimali Koreyanın nüvə sınaqlarının 1300-dən çox zəlzələyə səbəb olduğunu aşkar ediblər.

E-huquq.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Pusan ​​Milli Universiteti və Çinin Çendu Texnologiya Universitetinin birgə araşdırması Şimali Koreyanın Punqgye-ri sınaq poliqonundakı nüvə fəaliyyətlərini təhlil edib. Araşdırma nəticəsində məlum olub ki, həmin nüvə fəaliyyətləri zəlzələlərə səbəb olub. 2008-ci ildən bəri qeydə alınan seysmik dalğa məlumatlarının təhlili, Şimali Koreyanın nüvə sınaqları keçirdiyi Mantap dağının ətrafındakı ərazilərdə zəlzələlərin sayında qəfil artım olduğunu göstərib.

Pxenyan administrasiyasının 2017-ci ildəki son sınağından sonra yeraltı təkanların gücləndiyini qeyd edən bir araşdırma, həmin vaxtdan bəri 1330 zəlzələnin baş verdiyini müəyyən edib. Tədqiqatçılar qeyd ediblər ki, 2017-ci ildən əvvəlki nüvə sınaqlarından sonra baş verən zəlzələlər əsasən qısamüddətli olduğu halda, həmin tarixdən sonrakı zəlzələlər həm tezlik, həm də maqnitudası baxımından güclənib.

Məlumdur ki, Şimali Koreya 2006-cı ildən bəri nüvə sınaqlarını Punqgye-ri poliqonunda həyata keçirir. Məlumatlara görə, Pxenyan 2006, 2009, 2013 və 2017-ci illərin hər birində bir, 2016-cı ildə isə iki nüvə sınağı keçirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər