- 15:41
"Biman Bangladesh Airlines" şirkətinin Londona uçan təyyarəsində iki sərnişin arasında oturacaq üstündə gərgin mübahisə yaranıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən şifahi mübahisə tezliklə əlbəyaxa davaya çevrilib.
Bir-birinə yumruq atan həmin şəxslər digər sərnişinlərin müdaxiləsi ilə aralanıb.
Görüntülərin sosial şəbəkələrdə geniş yayılmasından sonra aviaşirkət hadisə ilə bağlı açıqlama yayıb.
Aviaşirkətin sözçüsü bildirib ki, mübahisədə iştirak edən iki sərnişin sonradan razılığa gəlib, buna görə də hər hansı hüquqi tədbir görməyə ehtiyac qalmayıb.
Şəbnəm Mehdizadə