- 19:08
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Çilinin mərkəzində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, zəlzələnin episentri Santyaqo şəhərindən 26 kilometr şimal-şərqdə, ocağı isə 98 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.