Pakistanda məscid yaxınlığında terror aktında ölənlərin sayı 31-ə çatdı


  • 10:31

Pakistanın şimal-qərbində yerləşən Kohat şəhərində məscid yaxınlığında baş verən terror aktı nəticəsində azı 31 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

E-huquq.az xəbər verir ki, ölənlər arasında 16 polis əməkdaşı da var.

Məlumata görə, hadisə Xeybər-Paxtunxva əyalətində “Police Lines” kompleksinin ərazisində yerləşən məscidin yaxınlığında baş verib. İntiharçı terrorçu partlayış törədib.

Daha sonra hüquq-mühafizə orqanları ilə hücum edənlər arasında atışma olub. Əməliyyat zamanı altı hücumçunun zərərsizləşdirildiyi bildirilib.

Oxşar xəbərlər