Fransada prezidentliyə namizəd Ukrayna ilə bağlı Avropa liderlərini tənqid etdi


  • 21:12

Fransada 2027-ci il prezident seçkilərində namizəd olan Nikola Düpon-Enyan Avropa liderlərini Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mane olmaqda ittiham edib.

E-huquq.az xəbər verir ki, “Ayağa qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Enyan bu barədə “Sud Radio”ya müsahibəsində danışıb. Sud Radio

“Ukraynada sülhü məhz Avropa liderləri bloklayır”, - deyə siyasətçi bildirib.

Düpon-Enyanın sözlərinə görə, 2022-ci ildə Avropa ölkələrinin liderləri və ABŞ-nin keçmiş prezidenti Co Bayden onun qiymətləndirməsinə əsasən, Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmaların qarşısını alıblar. O, Fransa Prezidenti Emmanuel Makronu və Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni də tənqid edib.

Siyasətçi fransızları hadisələrə daha tez reaksiya verməyə və ölkənin münaqişəyə daha çox cəlb olunması riskini nəzərə alaraq qərarlar qəbul etməyə çağırıb. O, həmçinin sülh yolu ilə nizamlanmanı və Ukraynanın neytral statusda qalmasını müdafiə etdiyini bildirib.

Oxşar xəbərlər