Türkiyədə 5 bal gücündə zəlzələ oldu


  • 09:25

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 5 maqnitudalı zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkan yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ Adana ilə yanaşı Kahramanmaraş, Osmaniyə, Kayseri və Qaziantep vilayətlərində də hiss edilib.

AFAD zəlzələdən sonra hazırda hər hansı mənfi halın qeydə alınmadığını açıqlayıb. Qurumun məlumatına görə, ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq işləri davam etdirilir.

Adana valisi Mustafa Yavuz da zəlzələdən sonra açıqlama verərək hər hansı mənfi hadisə barədə məlumat daxil olmadığını bildirib.

"Zəlzələdən sonra bütün qurumlarımızla əlaqədəyik. Hər hansı mənfi məlumat yoxdur, qruplar ərazidə monitorinq işlərini davam etdirir. Qruplarımız səhər saatlarında da əraziyə baxış keçirəcək. Adana şəhər mərkəzində biz zəlzələni hiss etmədik", - vali deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər