- 14:54
Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda futbol matçından sonra keçirilən şənliklər zamanı atılan fişənglər yanğına səbəb olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə "Trendyol Super Liqası"nın 6-cı turunda “Amed Sportif Faaliyetler”in "Beşiktaş"ı 3:2 hesabı ilə məğlub etməsindən sonra baş verib.
Qələbəni qeyd edən azarkeşlərin şəhər mərkəzində keçirdiyi şənliklər zamanı nəzarətsiz şəkildə atılan fişənglər nəticəsində üç ticarət obyektində və bir avtomobildə yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub və alov qısa müddətdə nəzarətə alınıb. Yanğın nəticəsində obyektlərə və avtomobilə maddi ziyan dəyib.
Yanğının söndürülməsi zamanı üzünə fişəng dəyən bir yanğınsöndürən də xəsarət alıb.
O, Cizrə Dövlət Xəstəxanasına çatdırılıb.
Şəbnəm Mehdizadə