Hörmüz boğazından keçən neft tankeri hücuma məruz qalıb


  • 14:32

Hörmüz boğazından keçən neft tankerinə mərmi atılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, boğazdan keçən bir neft tankeri mənşəyi müəyyən edilməmiş bir mərmi ilə vurulub.

Açıqlamada qeyd olunub ki, zərər çəkmiş tankerin heyətinin iki üzvü yüngül xəsarət alıb və gəmi öz mühərrikinin gücü ilə növbəti təyinat limanına doğru hərəkətini davam etdirir.

Ətraf mühitin çirklənməsi ilə bağlı hər hansı məlumatın daxil olmadığını bildirən qurum, həmin ərazidəki gəmilərə ehtiyatlı davranmağı və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat verməyi tövsiyə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər