- 14:54
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ istehsalı olan MQ-1 pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazı üzərində vurulduğunu açıqlayıb.
E-huquq,az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Hörmüz boğazı üzərində MQ-1 tipli pilotsuz uçuş aparatı (PUA) aşkar edilib və İranın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
ABŞ ordusu məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
ABŞ tərəfindən 1990-cı illərdə istehsal olunan MQ-1 PUA-sı ilkin olaraq müşahidə və ön kəşfiyyat tapşırıqları üçün nəzərdə tutulub. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər əlavə edilib.
Şəbnəm Mehdizadə