Tramp İranı növbəti dəfə hədələdi


  • 14:40

ABŞ Prezidenti Donald Tramp tələbləri yerinə yetirmədiyi təqdirdə İrana qarşı daha kəskin addımların atıla biləcəyini bildirib.

E-huquq.az xəbər verir ki, ABŞ Prezidenti “Fox News” kanalının aparıcısı Trey Yinqstə açıqlamasında İrana qarşı mümkün variantlardan danışıb.

Onun sözlərinə görə, rəsmi Tehran tələbləri qəbul etmədiyi halda İranın məhv edilməsi ilə bağlı qərar hər an verilə bilər.

Tramp bildirib ki, mümkün ssenarilər arasında İranın tamamilə məhv edilməsi, ölkənin iqtisadi çöküşə sürüklənməsi və ya tərəflər arasında razılaşmanın əldə olunması var.

ABŞ Prezidentinin bu açıqlamaları İran administrasiyasının ABŞ-yə qarşı xəbərdarlığından sonra səslənib. Rəsmi Tehran İran və ya Yaxın Şərqlə bağlı hər hansı səhv addım atılacağı təqdirdə ABŞ-yə “ağır zərbələr” endiriləcəyini bəyan edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər