- 15:27
Yaponiyanın şərq sahillərinə doğru irəliləyən güclü "Dujuan" tayfunu bir sıra turistik məkan və tədbirlərin bağlanmasına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, küləyin sürəti saatda 126 kilometrə, ani güclənmələr zamanı isə 180 kilometrə çatır. Tayfunun bazar ertəsi Tokio yaxınlığındakı Çiba prefekturasında yerləşən Boso yarımadasının yaxınlığından keçəcəyi gözlənilir.
Güclü yağış və külək səbəbindən "All Nippon Airways" Tokionun cənubunda yerləşən Haçico adasına bir sıra uçuşları ləğv edib. Narita Hava Limanının yerləşdiyi Çiba prefekturasında da bəzi qatar reysləri dayandırılıb. Yaponiya Meteorologiya Agentliyi tayfunun çərşənbə axşamınadək bəzi bölgələrdə rekord səviyyədə yağıntıya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Sahil ərazilərində yaşayanlara torpaq sürüşməsi və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmaları tövsiyə olunub.
Tokai bölgəsində yağıntının 350 millimetrə çatacağı proqnozlaşdırılır. İlin 25-ci tayfunu olan "Dujuan"ın beşgünlük tətil dövrünə təsadüf etməsi bir sıra tədbirlərin də təxirə salınmasına və ya ləğvinə səbəb olub.
Şəbnəm Mehdizadə