Qəzzada ölənlərin sayı açıqlandı


  • 15:42

İsrailin hücumlarının davam etdiyi Qəzza bölgəsində son 24 saat ərzində 17 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəsə baxmayaraq davam edən İsrail hücumları fonunda, son 24 saat ərzində Qəzzada dörd nəfərin cəsədi xəstəxanalara gətirilib, daha 17 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Qəzzada 10 oktyabr 2025-ci il tarixində atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin hücumları nəticəsində 1394 nəfər həyatını itirib, 4839 nəfər isə yaralanıb.

2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirənlərin ümumi sayı 73 914-ə, yaralıların sayı isə 174 952-yə çatıb.

Məlumatlara görə, Qəzza zolağında hələ də minlərlə cəsəd dağıntılar altında qalmaqdadır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər