- 16:57
Avstraliyada doğum sayının 2060-cı illərdən əvvəl ölüm sayından aşağı düşəcəyi proqnozlaşdırılır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Maliyyə Nazirliyinin ölkənin növbəti 40 il üzrə iqtisadi və fiskal perspektivlərinə dair hazırladığı “2026-cı il Nəsillərarası Hesabat”ında məlumat verilib.
Hesabata əsasən, qarşıdakı dövrdə geosiyasi parçalanmanın dərinləşməsi, enerji keçidinin daha da zəruri xarakter alması və əhalinin sürətlə qocalması Avstraliyanın qarşılaşacağı əsas demoqrafik və iqtisadi çağırışlar sırasında olacaq. Proqnozlara görə, ölkədə doğum səviyyəsi 2060-cı illərin ortalarına qədər hər qadına orta hesabla 1,34 uşağa qədər azalacaq. Nəticədə doğumların sayı 2060-cı illərdən əvvəl ölüm hallarının sayından aşağı düşə bilər.
Hesabatda bildirilir ki, bundan sonra əhali artımı əsasən iri şəhərlərdə cəmləşəcək və artımın böyük hissəsi miqrasiya hesabına təmin olunacaq.
Doğum səviyyəsinin azalmasının əhalinin qocalmasını sürətləndirəcəyi, bunun isə öz növbəsində iqtisadi artım tempinin zəifləməsinə təsir göstərəcəyi proqnozlaşdırılır.
Şəbnəm Mehdizadə