"Google" 403 milyon avro dəyərində cərimələnib


  • 16:25

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) "Google"u 403 milyon avro məbləğində cərimələyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum "Google Ireland Limited" şirkəti ilə bağlı aparılan araşdırma üzrə yekun qərarını açıqlayıb.

Avropanın müxtəlif istehlakçı hüquqları təşkilatlarından daxil olan şikayətlərdən sonra, 25 may 2018-ci il tarixindən 4 fevral 2020-ci il tarixinədək olan dövrü əhatə edən araşdırma çərçivəsində, istifadəçilərin məkan məlumatlarını emal edərəkən yol verdiyi səhvlərə görə "Google"a 403 milyon avro məbləğində cərimə tətbiq edilməsi qərara alınıb.

Qurumun "Google"dan məlumatların emalı fəaliyyətlərini altı ay ərzində qaydalara uyğunlaşdırmasını tələb edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər