- 16:57
Hindistanda təcili yardım maşınında xəstə daşınarkən çəkilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda təcili yardım maşınının içərisində xərəkdə uzanan yaşlı kişinin xəstə olduğu görünür. Kadrlarda avtomobildə olan iki qadından birinin həmin anları mobil telefonla lentə aldığı əks olunur.
Görüntülərin sosial şəbəkələrdə paylaşılmasından sonra video qısa müddətdə minlərlə dəfə izlənilib və istifadəçilər təcili tibbi yardım zamanı çəkiliş aparılmasının etik tərəflərini müzakirə etməyə başlayıblar.
Hadisə sosial şəbəkələr üçün kontent hazırlamaq məqsədilə xəstəlik, qəza və digər həssas vəziyyətlərin lentə alınması məsələsini yenidən gündəmə gətirib.
Bənzər hallarda təcili yardım maşınlarında canlı yayımların aparılması, yaralı və ya xəstə şəxslərin yanında video çəkilməsi, eləcə də dəfn mərasimlərinin sosial şəbəkələr üçün lentə alınması ilə bağlı görüntülər də zaman-zaman ictimai müzakirələrə səbəb olur.
Şəbnəm Mehdizadə