- 16:57
Cənubi Koreya ilə Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) aparılan axtarış işləri zamanı partlayış baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 Cənubi Koreya hərbçisi yaralanıb. Onlardan 2-si təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.
Partlayışın mina partlaması nəticəsində baş verdiyi ehtimal edilir.
Hadisənin dəqiq səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Cənubi Koreya tərəfi partlayışın səbəblərinin araşdırıldığını bildirib.
Şəbnəm Mehdizadə