- 22:22
İsrail ordusu Livanın cənubunda bir sıra yaşayış məntəqələrinə hava və artilleriya zərbələri endirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun döyüş təyyarələri Nəbatiyyə mühafəzəsində yerləşən Şərqi Zəvtar və Kfar-Tebnit qəsəbələrini bombalayıb.
Bundan başqa, İsrail ordusu Mifdun qəsəbəsi və Zibqin vadisinə də artilleriya zərbələri endirib. Zərbələr nəticəsində Şərqi Zəvtarda bir neçə evdə yanğın baş verib.
Məlumata əsasən, Saluki vadisi də fosfor bombaları ilə hədəfə alınıb.
Bundan başqa, İsrail ordusu Mərcəyun rayonunun Deyr-Siryan qəsəbəsində, eləcə də Sur şəhəri yaxınlığındakı Mansuri qəsəbəsində güclü partlayışlar törədib.
Şəbnəm Mehdizadə