İmtahan qiymətindən narazı qalan şagird müəllimini bıçaqladı


  • 22:22

Braziliyanın Para əyalətində 17 yaşlı şagird imtahan qiymətindən narazı qaldığı üçün müəlliminə bıçaqla hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə əyalətdə yerləşən "Dr. Gerson dos Santos Peres" dövlət məktəbində baş verib.

Belə ki, şagird qız imtahan nəticəsindən narazı qaldığı üçün müəllimi ilə mübahisə edib. Mübahisə zamanı yeniyetmə əlində bıçaqla müəllimin üzərinə gedib.

Müəllim şagirdi sakitləşdirməyə çalışsa da, buna nail olmayıb. Hücum nəticəsində müəllim yüngül xəsarətlər alıb.

Hadisədən sonra 17 yaşlı şagird polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər