- 21 Sentyabr 22:22
ABŞ və İsrail gec-tez bölgəni tərk etməyə razılaşmalıdır.
E-huquq.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.
"Düşmən hərbi sahədə uğursuzluğa düçar olduqdan sonra hibrid, koqnitiv, iqtisadi və media müharibələrinə üz tutub; lakin İran xalqı daxili potensiallara, müqavimət iqtisadiyyatına və müqəddəs milli birliyə arxalanaraq hər cür fitnəni zərərsizləşdirəcək", - SEPAH-dan vurğulanıb.
Bildirilib ki, silahlı qüvvələr qəti və dağıdıcı cavab verməyə hazırdır: "İran İslam Respublikasının Silahlı Qüvvələri elmə, strateji yeniliyə və müdafiədə özünə arxalanmaqla, hər bir təhdidi elə mənbəyindəcə zərərsizləşdirə biləcək bir səviyyəyə çatıb".