Türkiyənin Manisa vilayətində məktəbin qarşısında baş verən silahlı insidentdə 11 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
***
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəbin qarşısında silahlı insident baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 08:00 radələrində qeydə alınıb.
Məlumata görə, naməlum şəxs məktəb binasının qarşısındakı ərazidə atəş açmağa başlayıb. Hadisə nəticəsində şagirdlər də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Əraziyə çox sayda polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Atəş açan şəxs hadisədən sonra ərazidən qaçıb. Onun saxlanılması üçün hüquq-mühafizə orqanları tərəfindən əməliyyat başladılıb.
Silahlı insident xəbərini eşidən valideynlər məktəbin qarşısına toplaşıblar. Onların məktəb ərazisinə daxil olmağa cəhd göstərməsi ilə təhlükəsizlik tədbirləri görən hüquq-mühafizə orqanlarının əməkdaşları arasında gərginlik yaşanıb. Polis əməkdaşları valideynləri sakitləşdirməyə çalışıb və məktəbin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.
Şəbnəm Mehdizadə
