- 10:39
Türkiyənin Amasya vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbuldan Ağrı istiqamətində hərəkət edən sərnişin avtobusu Amasyanın Merzifon rayonunda idarəetmədən çıxaraq tarlaya aşıb.
Qəza nəticəsində 24 nəfər xəsarət alıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadaları cəlb edilib.
Xəsarət alanlar Merzifon Dövlət Xəstəxanasına aparıldı.
Qəzanın səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə