Türkiyənin 8 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib


  • 10:39

Türkiyənin 8 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində keçirilib.

İstintaq zamanı bəzi FETÖ üzvlərinin təşkilati sədaqət və davamlılığı təmin etmək məqsədilə nikahları müəyyən meyarlar əsasında təşkil etdikləri müəyyən edilib.

Araşdırmalar zamanı 13 şübhəlinin kimliyi müəyyən edilib.

Şübhəlilərin saxlanılması və cinayət fəaliyyətinə dair sübutların əldə edilməsi məqsədilə İstanbul, Ankara, Kocaeli, Karabük, Denizli, Qaziantep, Kayseri və Samsun vilayətlərində ümumilikdə 13 ünvana eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 9 şübhəli saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər