- 11:23
Kanadanın Britaniya Kolumbiyası əyaləti Tumbler Ridge şəhərində baş vermiş kütləvi atışmadan əvvəl şübhəli istifadəçi fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına məlumat vermədiyi iddiası ilə "OpenAI" şirkətini məhkəməyə verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia ABŞ-nin federal məhkəməsinə təqdim olunub. Britaniya Kolumbiyasının Baş prokuroru Niki Şarma bildirib ki, məhkəmə işi texnologiya şirkətlərinin ciddi zorakılıq təhlükələri barədə məlumat əldə etdikdə üzərlərinə düşən öhdəliklərlə bağlı məsələləri gündəmə gətirir.
Məlumata görə, 2026-cı ilin fevralında Tumbler Ridge şəhərində baş verən atışmada səkkiz nəfər, o cümlədən altı uşaq öldürülüb. Hücumdan aylar əvvəl 18 yaşlı Cessi Van Rootselaarın "ChatGPT" hesabındakı fəaliyyətin silahlı zorakılıq məzmununa görə "OpenAI"ın təhlükəsizlik qrupu tərəfindən işarələndiyi bildirilir. Lakin şirkətin bu barədə yerli hakimiyyət orqanlarına məlumat vermədiyi qeyd olunur.
"OpenAI"ın baş direktoru Sem Altman hadisədən sonra zərərçəkənlərin ailələrindən üzr istəyib və hüquq-mühafizə orqanlarına məlumat verilməməsinə görə təəssüfləndiyini ifadə edib.
Hücum nəticəsində ölən və xəsarət alan şəxslərin ailələri də "OpenAI"a qarşı ayrıca iddialar qaldırıblar.
Şarma bildirib ki, əyalətin əldə edə biləcəyi hər hansı təzminat Tumbler Ridgedə orta məktəbin yenidən qurulmasına yönəldiləcək.
Şəbnəm Mehdizadə