"Polo" qasırğası 4-cü kateqoriyaya çatıb


  • 16:16

Sakit okeanda, Meksika sahilləri yaxınlığında müşahidə olunan "Polo" qasırğası 4-cü kateqoriya gücünə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Məlumata görə, qasırğanın yaxın saatlarda daha da güclənəcəyi gözlənilir. "Polo"nun bu gün və ya sabah ən yüksək səviyyə hesab olunan 5-ci kateqoriyaya çatma ehtimalı var.

Meteoroloji proqnoza əsasən, Meksikanın cənub-qərbində yerləşən Gerrero və Miçoakan ştatlarının sahil bölgələrində cümə axşamınadək güclü yağışlar yağacaq. Bununla yanaşı, ərazidə daşqın və torpaq sürüşməsi təhlükəsinin olduğu bildirilir.

Qeyd olunub ki, hazırkı proqnozlara əsasən, "Polo" qasırğasının quruya çıxması gözlənilmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər