Səudiyyə Ərəbistanının bu bölgəsində əhaliyə təhlükə xəbərdarlığı verilib


  • 16:23

Səudiyyə Ərəbistanının Yəmən sərhədi yaxınlığında yerləşən Nəcran bölgəsində potensial təhlükələrlə bağlı xəbərdarlıq elan edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi açıqlama yayıb.

Açıqlamada Nəcran bölgəsində yarana biləcək fövqəladə hallarla bağlı xəbərdarlıq edilib. Yerli sakinlərə həyat və əmlaklarının təhlükəsizliyini təmin etmək məqsədilə Mülki Müdafiə qüvvələrinin təlimatlarına əməl etmək, toplaşma yerlərindən uzaq durmaq, həmçinin foto və video çəkilişlərindən çəkinmək çağırışı edilib.

Daha sonra Mülki Müdafiə Baş İdarəsi təhlükənin aradan qalxdığını bildirən ikinci açıqlama yayıb.

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəkləndiyi bildirilən husilər Səudiyyə Ərəbistanını paytaxt Sənaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməkdə ittiham edib və buna cavab verəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər