Suriyada silah-sursat anbarlarında silsilə partlayışlar: 30 nəfər ölüb


  • 16:54

Suriyada sentyabr ayında müxtəlif bölgələrdə yerləşən 5 silah-sursat anbarında ardıcıl partlayışlar baş verib.

E-huquq.az xarici KİV-ə istiinadən xəbər verir ki, hadisələr nəticəsində azı 30 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.

Hadisələrlə bağlı hələlik rəsmi yekun açıqlama verilməyib.

Partlayışların qısa müddət ərzində ard-arda baş verməsi mümkün diversiya ehtimalının da gündəmə gəlməsinə səbəb olub.

Suriya hakimiyyəti partlayışların səbəbini müəyyənləşdirmək məqsədilə araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər