Tramp orduya İrana qarşı mümkün hücumlara hazır olmaq əmri verdi


  • 12:12

ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi zərbələrin vaxtını nəzərdən keçirdiyi və orduya hazırlıq vəziyyətində olmaq barədə göstəriş verdiyi bildirilir.

E-huquq.az xəbər verir ki, bu barədə "Axios" xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı mümkün əməliyyatlarla bağlı hazırlıqları yekunlaşdırmaq tapşırığı verib. Bununla belə, direktivdə konkret zərbə tarixi müəyyən edilməyib.

ABŞ və İsrail mənbələri mümkün hücumların hər iki ölkədə qarşıdakı seçkilərdən əvvəl həyata keçirilə biləcəyini iddia ediblər. Ehtimal olunan əməliyyatların İranın enerji infrastrukturu və nüvə obyektlərini əhatə edə biləcəyi bildirilir.

Pentaqon rəsmisi bildirib ki, qurumun vəzifəsi hərbi variantlar hazırlayaraq Prezidentə təqdim etməkdir.

Ağ Ev rəsmisi isə İranın iqtisadi vəziyyətinin ağırlaşdığını və Vaşinqtonun mümkün ssenarilərə hazır olduğunu deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər