- 15:44
Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda şqətl hadisəsi qeydə alınıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, rayonun Kaşıkçılar məhəlləsində İsmayıl Kılıç ilə əmisi oğlu N.A. arasında mübahisə baş verib. Mübahisəyə Kılıçın tarlasındakı şabalıd qabıqlarının qohumunun ərazisinə düşməsi səbəb olub.
İddiaya görə, mübahisə zamanı Kılıç silah çıxarıb. Hadisə yerindən uzaqlaşan N.A. daha sonra ov tüfəngi ilə geri qayıdaraq Kılıçı kürəyindən vurub və qaçıb.
Ağır yaralanan Kılıç xəstəxanaya çatdırılsa da, həyatını itirib.
Hadisədən sonra jandarma əməkdaşları əməliyyat keçirərək N.A.-nı gizləndiyi meşəlik ərazidə saxlayıb.
Şübhəli şəxslə bağlı istintaq və digər hüquqi prosedurlar davam etdirilir.
Şəbnəm Mehdizadə