Məzmuna keç

Türkiyədə 19 vilayət üçün xəbərdarlıq – Qar və leysan gözlənilir

Türkiyə əlverişsiz hava şəraiti ilə əlaqədar 19 vilayət üzrə sarı kodlu xəbərdarlıq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Proqnoza əsasən, ölkənin bir sıra bölgələrində leysan yağışları, sulu qar və qar gözlənilir.

Artvin, Bayburt, Gümüşhane və Rizədə sulu qar və qar, Giresun, Ordu, Samsun və Trabzonda isə güclü külək və yağıntı proqnozlaşdırılır.

Aksaray, Bartın, Düzce, Kastamonu, Kayseri, Nevşehir, Niğde, Sakarya, Sivas və Zonguldak vilayətləri də xəbərdarlıq elan edilən ərazilər sırasındadır.

Güclü yağıntıların sel, subasma, ildırım, torpaq sürüşməsi və nəqliyyatda fasilələrə səbəb ola biləcəyi bildirilir. Sakinlərdən güclü külək, yollarda su yığılması, görünüş məsafəsinin azalması və yüksək ərazilərdə buzlanma riskinə qarşı ehtiyatlı olmaları istənilib.

Şəbnəm Mehdizadə