- 8 Oktyabr 20:54
Fransada məktəbli və tələbələrin təhsil siyasətinə qarşı keçirilən aksiyalarda polis 504 nəfəri saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Məlumata görə, ölkə üzrə etirazlarda ümumilikdə 71,5 min nəfər iştirak edib, onlardan 24,5 mini Parisdə aksiya keçirib.
Bir sıra şəhərlərdə dinc aksiyalar iğtişaş və polislə toqquşmalara çevrilib. Liseylərə və avtomobillərə od vurulması, vandalizm və pirotexniki vasitələrlə hücumlar qeydə alınıb. Yalnız oktyabrın 8-də 48 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, etirazlar sentyabrın sonunda başlayıb və hazırda bütün Fransanı əhatə edir. Şagirdlər dərs cədvəllərinin həddən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.