- 17:17
"ChatGPT"nin yaradıcısı "OpenAI" bu il üzrə gəlir proqnozunu 70 milyard dollardan 50 milyard dollara endirib.
E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, bu fərqin şirkətin gəlirləri hesablama metodunu rəqibi "Anthropic"in yanaşmasına uyğunlaşdırması ilə bağlı olduğu bildirilir.
Xəbər fonunda "Nasdaq" indeksi 1,4% geriləyib. "Nvidia", "Oracle" və "Micron" şirkətlərinin səhmləri də ucuzlaşıb.
Gəlir proqnozundakı azalmaya baxmayaraq, "OpenAI"nin təxminən 1,4 trilyon dollar dəyərləndirmə əsasında 30 milyard dollarlıq yeni investisiya cəlb etmək üçün ilkin danışıqlar apardığı bildirilir.
Digər tərəfdən, Yaponiyanın "SoftBank" şirkətinin qurucusu Masayoshi Son süni intellekt və yarımkeçirici sektorundakı investisiyalarını artırmaq məqsədilə Körfəz ölkələrindən 100 milyard dollara qədər maliyyə cəlb etməyə çalışır.
Əvvəllər "OpenAI"a əhəmiyyətli investisiyalar qoyan "SoftBank" süni intellekt ekosistemindəki mövqeyini gücləndirmək üçün maliyyələşdirmə axtarışlarını davam etdirir.
Şəbnəm Mehdizadə