- 14:50
Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkizə çatıb, 16 nəfər isə yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Zaporojye Regional Müdafiə Şurasının həmsədri İvan Fyodorov özünün “Telegram” kanalında bildirib.
O qeyd edib: “Zaporojyedə hava hücumu nəticəsində ölənlərin sayı səkkizə çatıb. Onların arasında üç uşaq var”.
Fyodorovun sözlərinə görə, yaralıların sayı 16-ya çatıb, onlardan üçü uşaqdır. Yaralılardan ikisinin vəziyyəti ağır, digərlərinin isə orta ağırdır.
Daha 12 nəfərin taleyi hələ də məlum deyil. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Zaporojyedə həlak olanlar üçün oktyabrın 11-də matəm günü elan edilib.