Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək


  • 3 İyun 2020 18:10

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Oxşar xəbərlər