Məzmuna keç

Qasim Süleymaninin ölümündə təqsirləndirilən şəxs edam olundu

İran CIA-yə casusluq etməkdə və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin yeri haqqında məlumat ötürməkdə ittiham olunan şəxsi edam edib.

E-huquq.az xəbər verir ki, bu gün səhər edam olunan Mahmud Müsəvi Məcdin həmçinin İsrail kəşfiyyat agentliyi Mossad-a da işlədiyi iddia olunur.

Bununla yanaşı bildirilib ki, məhkum barədə Süleymaninin ölümündən əvvəl açılan cinayət işinin ABŞ-ın keçirdiyi əməliyyatla əlaqəsi olmayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani öldürülmüşdü.